2022-ci ilin III rübündə maliyyə axınları ilə bağlı məlumatlar iqtisadi aktivliyinin artımına işarə edir. Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) qeyd edir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, AMB 2022-ci ilin üçüncü rübü ərzində sahələrarası maliyyə axınlarının təhlili hesabatını dərc edib.
Təhlilə əsasən, AMB maliyyə axınlarının ÜDM ilə yüksək asılılığını qeyd edir.
“Bütövlükdə, 2022-ci ilin üçüncü rübündə ümumi ödəniş daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% və ya 1,8 milyard manat artaraq 18.7 milyard manat təşkil edib”, - AMB-dən vurğulanıb.
Təhlilə əsasən, 2022-ci ilin üçüncü rübündə ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (20,8%), ticarət, nəqliyyat vasitələrinin təmiri (16.2%) və tikinti (16%) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrü ilə müqayisədə artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (+843,1 milyon manat), ticarət, nəqliyyat vasitələrinin təmiri (+834,2 milyon manat) və nəqliyyat və anbar təsərrüfatı (+ 514,3 milyon manat) sahələri olub.
AMB sahələrarası maliyyə axınlarının dinamikasına toxunaraq qeyd edir ki, 2022-ci ilin üçüncü rübündə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsi üzrə ödəniş daxilolmaları 48% - 191.6 milyon manatadək, hasilat sahəsi üzrə - 2.08 milyard manat (artım 23,6%), emal sahəsi üzrə - 1,78 milyard manat (artım 23,9%), tikinti sahəsi üzrə - təxminən 3 milyard manatadək (+39,1%) (azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri ilə əlaqədar sosial layihələr və investisiyalar maliyyə axınlarının artımına töhfə verən əsas amildir), informasiya və rabitə sahəsi üzrə - 489,5 milyon manat (+8,3%) artıb.
Eyni zamanda, bu dövrdə maliyyə və sığorta sektoru üzrə daxilolmalar 40,3% - 783,1 milyon manatadək azalıb.
AMB qeyd edir ki, üçüncü rübdə bütün ödəniş daxilolmalarının 25,7%-i və ya 4,8 milyard manat ticarət, 74,3%-i və ya 13,9 milyard manat qeyri-ticarət sektorların payına düşüb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət