30 sentyabr 2022-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 714,112 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 12,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 367,765 milyon manat (azalma 21,3%) təşkil edir.
Bankın kredit portfeli 249,343 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,4% - İF) bərabərdir.
30 sentyabr 2022-ci il tarixinə bankın öhdəlikləri 605,167 milyon manat (azalma 14,4%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 438,564 milyon manata (azalma 14,7%) bərabərdir.
Bankın kapitalı 108 milyon 945,13 min manat (artım 3,3%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 4 milyon 337,99 min manat (2021-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə artım 2,5 dəfə - İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə bankların ilk onluğunda yer alır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət