30 iyun 2022-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin idarəçiliyində olan müştərilərin aktivləri 991 milyon manat məbləğində qiymətləndirilir, bu da 2021-ci ilin birinci yarısının göstəricisindən 17% çoxdur.
“İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan (AMB) məlumat verilib ki, iyunun 30-na bu cür aktivlərin strukturunda 600 milyon manat xarici bazarlarda göstərilən broker xidmətlərinin (2021-ci ilin 6 ayı ilə müqayisədə artım 60,6%), 331 milyon manat - portfel idarəetmənin payına düşür (azalma 25%).
Bütövlükdə, 30 iyun 2022-ci il tarixinə Azərbaycanda investisiya şirkətlərinin ümumi aktivləri 77,4 milyon manat məbləğində qiymətləndirilir.
Həmçinin, cari ilin yanvar-iyun aylarında bir investisiya şirkəti fəaliyyət lisenziyası əldə edib. Azərbaycanda investisiya şirkətlərinin sayı 13-ə çatıb.
AMB-nin məlumatına görə, 2022-ci ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4,9 milyon manat (2021-ci ilin 6 ayının göstəricisindən 2,5 dəfə çox) təşkil edib.
Eyni zamanda, 30 iyun 2022-ci il tarixinə investisiya şirkətlərinin ROA göstəricisi 6,3% (2021-ci il iyunun sonuna – 2,5%), ROE göstəricisi – 13,6% (2021-ci il iyunun sonuna – 7,5%) təşkil edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət