SOCAR və Rumıniyanın “Romgaz” şirkəti Qara dənizdə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı üzrə zavodun tikinti layihəsini birgə hazırlamağa dair razılığa gəliblər.
SOCAR və “Romgaz” şirkətləri arasında oktyabrın 19-da Azəraycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və SOCAR rəhbərliyinin Rumıniyaya səfəri çərçivəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, sənədi SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.
Nazirlik xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub.
“SOCAR ilə “Romgaz” arasında Anlaşma Memorandumunun imzalanması bu istiqamətdə işin davamı oldu. İmzalanma mərasimində nlaşma Memorandumunun imzalanması əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Rumıniya mətbuatı “Romgaz”a istinadən məlumat verir ki, çərşənbə günü Rumıniya şirkəti SOCAR ilə birgə Qara dənizdə mayeləşdirilmiş təbii qazın istehsalı üzrə layihənin işlənilməsi planları barədə elan edib.
“Şirkətlər Buxarestdə Anlaşma Memorandumu imzalayaraq bu cür layihənin texniki-iqtisadi əsaslandırılmasını həyata keçirməyə dair razılığa gəliblər”, - nəşrlər məlumat verirlər.
KİV-in məlumatına görə, Rumıniyanın baş naziri Nikolae Çuke çərşənbə günü məlumat verib ki, imzalanmış memorandum SOCAR ilə birgə Qara dənizdə LNG istehsalı üzrə zavoda investisiyaları nəzərdə tutur. “Azərbaycan prezidenti cənab Əliyev ilə keçirdiyim ikitərəfli görüşün yekunlarına dair biz Qara dənizdə LNG üzrə birgə layihəyə başlamaq imkanını birgə təhlil etməyə dair razılığa gəldik”, - Çuke deyib.
O dəqiqləşdirib ki, layihənin reallaşdırılması hər iki tərəfdən maliyyələşdirilən TİƏ-dən başlayacaq.
“Biz çox qısa zamanda TİƏ-nin tamamlandığını görməyi gözləyirik. Onun hazırlanması üçün beynəlxalq şirkəti cəlb etmişik, beləliklə onun tamamlanmasına zəmanətimiz var, çünki bu qaz və çox qısa müddətdə güclərin yaradılması bizə lazımdır. Nəticədə, ümid edirik ki, Qara dənizin şərq və qərb sahillərində iki terminala malik olmağa ümid edirik ki, Xəzər hövzəsindən Avropaya qaz tədarükü dəhlizlərini şaxələndirək və doldura bilək”, - Çuke bəyan edib.
Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku imzalanma mərasimində bəyan edib ki, Azərbaycanla birgə həyata keçirilən Qara dənizdə LNG istehsalı üzrə zavod layihəsi hesabına Rumıniya elektrik enerjisi və təbii qaz təchizatı nöqteyi-nəzərindən “vacib qovşağa” çevriləcək.
“Bu gün biz Xəzər dənizi ilə Qara dəniz arasında yeni enerji nəqliyyatı dəhlizinin təməlini qoyuruq. (...) Rumıniya həm elektrik enerjisi, həm də təbii qaz üçün vacib nöqtəsi, vacib qovşaq, enerji mərkəzinə çevrilir, və Azərbaycandan həmkarlarla birlikdə (...) Rumıniyaya sərmayələri inkişaf etdirmək və bu regionun, həmçinin bütün Avropanın enerji təhlükəsizliyinə imkan yaratmaq istəyrik”, - Popesku deyib.
O, layihənin növbəti mərhələlərinin “çox qısa müddətdə” təqdim ediləcəyinə dair əminlik ifadə edib.
SOCAR 2011-ci ildən etibarən Rumıniyanın pərakəndə neft məhsullarının ticarəti bazarında fəalliyyətə başlayıb. İndiyədək şirkət bu ölkədə 70-ə yaxın YDM-dən ibarət şəbəkə yaradıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət