“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a parlamentdən məlumat verilib.
2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat (2022-ci ilin göstəricisindən 5,2% çox), xərcləri – 33 milyard 300 milyon manat (+3,1%) proqnozlaşdırılır. Beləliklə, 2 milyard 579,3 milyon manat səviyyəsində kəsir proqnozlaşdırılır.
Gəlirlər strukturunda mənfəət vergisi üzrə daxilolmalar 6 milyard 417 milyon manat, ƏDV üzrə - 6 milyard 10,3 milyon manat, gəlir vergisi üzrə - 1 milyard 680 milyon manat, aksizlər üzrə - 1 milyard 373 milyon manat, gömrük rüsumları üzrə - 1 milyard 332 milyon manat səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, gələn il dövlət büdcəsində ARDNF-dən transfertlər 11 milyard 280 milyon manat səviyyəsində proqnozlaşdırılır, qalan gəlirlər digər mənbələr hesabına təmin ediləcək.
2023-cü il üçün xərclər strukturunda 5 milyard 320,1 milyon manat müdafiə və milli təhlükəsizlik, 4 milyard 423,1 milyon manat – təhsil, 4 milyard 415,8 milyon manat – sosial müdafiə, 6 milyard 891,1 milyon manat – iqtisadi fəaliyyətin təminatı (2 milyard 605,4 milyon manat – dövlət kapital qoyuluşalrı daxil olmaqla), qalanı digər məqsədlərə yönəldiləcək.
2022-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 29 milyard 197,8 milyon manat, xəərclər – 32 milyard 303,8 milyon manat təşkil edir. 2022-ci il üçün dövlət büdcəsinin kəsiri 3 milyard 106 milyon manat və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət