Azərbaycan hökuməti 2023-ci ildə xarici və daxili borclar üzrə limiti artırır.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, Azərbaycan Prezidenti Administrasiyasının Milli Məclisə təqdim etdiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, 2023-cü ildə xarici borclar üzrə limit 750 milyon manat səviyyəsində nəzərdə tutulur (2022-ci ildə - 600 milyon manat). Beləliklə, xarici borclar üzrə limit 25% artır.
2023-cü ildə daxili borclar üzrə limit 2022-ci ildə 1,1 milyard manata qarşı 1,3 milyard manat səviyyəsində nəzərdə tutulur (artım 18,2% - İF).
Bundan əlavə, 2023-ci ildə dövlət zəmanətləri üzrə limitin yuxarı həddi 2022-ci ildə 800 milyon manata qarşı 1 milyard manat səviyyəsində təklif olunub (artım 25%).
Layihəyə əsasən, Azərbaycan hökuçəti 775 milyon manatı xarici borcun xidməti ilə bağlı ödənişlərə (azalma 52% - İF) yönəltməyi planlaşdırır, buna 456,1 milyon manat faizlər üzrə ödənişlər də daxildir.
2023-cü ildə daxili borcun xidməti ilə bağlı ödənişlər 230 milyon manat səviyyəsində nəzərdə tutulur (azalma 0,9%).
Xəbər verildiyi kimi, 1 iyul 2022-ci il tarixinə Azərbaycanın dövlət borcu 14 milyard 973,8 milyon manat və ya ÜDM-in 13%-ni (yanvar-iyunda azalma 11,4% - İF), həmçinin xarici borcu $7 milyard 167,1 milyon (12 milyard 184,1 milyon manat) və ya ÜDM-in 10,6%-i, daxili borcu – 2 milyard 789,7 milyon manat və ya ÜDM-in 2,4%-i təşkil edir. Birinci yarımillikdə xarici borc 11,9%, daxili borc – 9,1% azalıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət