Yaponiya nümayəndə heyəti Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarının araşdırılması məqsədilə Azərbaycana səfər edib. Bu gün Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nümayəndə heyəti ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, R.Hümmətov Orta Dəhlizin imkanları barədə geniş məlumat verərək fiziki infrastrukturun inkişafı ilə yanaşı, tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, dəhlizin rəqəmsallaşdırılması kimi tədbirlərin görülməsinin zəruri olduğunu söyləyib.
Onun sözlərinə görə, Türkiyə və Gürcüstan ilə birgə Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikinti işlərinin tez bir zamanda başa çatdırılması və ötürücülük qabiliyyətinin ardıcıl artırılması istiqamətində səylər gücləndirilib.
Eyni zamanda, R.Hümmətov Zəngəzur dəhlizinin əhəmiyyəti barədə ətraflı məlumat verib. “Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək”, – deyə nazir müavini vurğulayıb.
Görüş zamanı Orta Dəhlizin rəqəmsallaşdırılmasının tranzit daşımaların şəffaflığı və daşıyıcılar üçün bərabər şəraitin təmin edilməsi baxımından ən mühüm vasitələrdən biri olduğu qeyd edilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət