Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk cümə axşamı keçirilən görüşdə Cənubi Qafqazda kommunikasiyaların açılması ilə baölı üçtərəfli işçi qrupunun fəaliyyəti və “Şimal-Cənub” nəqliyyat dəhlizini müzakirə ediblər.
“Söhbət zamanı 10 noyabr (2020-ci il) bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə olundu”, - Azərbaycan liderinin saytında məlumat verilir.
Bundan əlavə, tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərimizin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi, bütün istiqamətlər üzrə irəliləyişin olduğu və ticarət dövriyyəsinin artdığı vurğulandı”, - məlumatda deyilir. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət