Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini yüksəltməklə monetar siyasəti sərtləşdirmək kursu götürüb. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
“Bizim əsas məqsədimiz inflyasiyaya təsir etmək imkanıdır”, - deyə o, bu gün uçot dərəcəsinin artırılmasına həsr olunmuş mətbuat konfransında bildirib.
“Sentyabr ayında inflyasiya 15,6%, baza inflyasiya 14,1%, ərzaq inflyasiyası 21,8%, qeyri-ərzaq inflyasiyası 10,5%, xidmətlər sektorunda inflyasiya 11,4% təşkil edib. Apardığımız sorğuya əsasən, istehsalçıların 20%-i inflyasiyanın artımını gözləyir. Təhlillərimiz göstərir ki, inflyasiyanın artımı idxal inflyasiyası ilə əlaqəlidir və bizə, regiona və qlobal iqtisadiyyata təsir göstərir. İlin sonunadək inflyasiyanın yüksək artımını (ikirəqəmli səviyyədə - İF) gözləyirik”, - deyə T.Kazımov qeyd edib.
Öz növbəsində, AMB-nin baş direktoru Vüqar Əhmədov qeyd edib ki, oktyabrın 28-dən etibarən uçot dərəcəsinin 7,75%-dən 8%-ə yüksəldilməsi qərarı qlobal iqtisadi proseslər, inflyasiya nəzərə alınmaqla, habelə gözləntilər əsasında qəbul edilib və bunu siyasətin sərtləşdirilməsi kimi xarakterizə etmək olar.
Onun sözlərinə görə, sərtləşdirmə iki parametr (pulun dəyəri və miqdarı) üzrə həyata keçirilir.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə qaldırılıb. Faiz dəhlizinin aşağı həddi 1% artırılaraq 5%-ə qaldırılıb, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb.
Azərbaycan hökuməti 2022-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 12,5% səviyyəsində (9 ayın yekunları üzrə 13,4%) proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət