İşsizlikdən sığorta fondunun 2023-cü il üçün gəlir və xərcləri 212 milyon 668,3 min manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin proqnoz göstəricisindən 17,3% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu göstərici Hesablama Palatasının İşsizlikdən sığorta fondunun 2023-cü il üçün büdcə layihəsinə dair rəyində öz əksini tapıb.
2023-cü ildə gəlirlərin strukturunda işsizlikdən sığorta haqqı 159 milyon 576,1 min manat (fondun gəlirlərinin 75%-i), əvvəlki ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti 53 milyon 32,2 min manat (24,9%), qeyri-büdcə sektoru üzrə gəlirlər 144 milyon 708,1 min manat (+12,6 milyon manat) təşkil edəcək.
Hesablama Palatasının qiymətləndirmələrinə görə, 2022-ci ilin sonuna fondun gəlirlərinin gözlənilən icra göstəricisi 229,9 milyon manat məbləğində proqnozlaşdırılır.
2023-cü ildə xərclərin strukturunda əsas hissə (41%) - 87,5 milyon manat (+11,4 milyon manat) özünüməşğulluq tədbirlərinin təşkili xərclərinin, 44,7 milyon manat Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanılması xərclərinin, 35 milyon manat “DOST” Agentliyinin sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərclərinin, 22 milyon manat peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin, 11 milyon manat işsizliyə görə sığorta ödənişinin (2021-ci illə müqayisədə 2,2 dəfə və 2022-ci ilin proqnoz göstəricisindən 34,1% çox) payına düşəcək.
2023-cü ildə əhalinin məşğulluğunun təmin edilməsi xərcləri 133 milyon manat təşkil edəcək ki, bu da 2021-ci ilin icra göstəricisindən 53,8 milyon manat və ya 67,9%, 2022-ci ilin proqnoz göstəricisindən isə 25,4 milyon manat və ya 23,6% çoxdur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət