2020-ci ilin iyun ayından bu il oktyabrın 1-dək pandemiyadan zərər çəkmiş sahibkarlara 36,2 milyon manat ümumi məbləğdə subsidiya ödənilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
Cabbarov Facebook səhifəsində yazıb ki subsidiyalar zəmanət verilmiş kreditlər üzrə ödənilib.
Nazir məlumat verib ki, sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2.63 min müraciətinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 291,8 milyon manat həcmində zəmanət verilib.
Nazirlər Kabineti 2020-ci il iyulun 9-da “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir.
Zəmanət aşağıdakı hallarda verilmir: sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə; kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda; sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda; sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda; sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda; sahibkarlıq subyekti riskli vergi ödəyicisi olduqda.
Hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır.
Bundan başqa, hökumət dövlət zəmanəti verilməyən ümumilikdə 1 milyard manat məbləğində cari biznes kredirlərini subsidiyalaşdırır. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir (kreditlər üzrə faiz dərəcəsi və müddətdən asılı olmayaraq).**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət