Azəbaycan hökuməti 2023-cü ilin dövlət büdcəsindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi üzrə işlərin davam etdirilməsinə 330 milyon manat ayırmağı nəzərdə tutur.
“2023-cü ilin dövlət büdcəsində Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası layihəsinin maliyyələşdirilməsi üçün 330 milyon manat (cari məzənnə ilə $194,1 milyon – İF) nəzərdə tutulur”, - “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Vəsait SOCAR şirkətinə ayrılacaq.
Xəbər verildiyi kimi, SOCAR 2022-ci ildə BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işlər çərçivəsində dövlət büdcəsindən 214 milyon manat (təxminən $126 milyon) alacaq. Beləliklə, 2023-cü ildə bu məqsədlərə işlərin maliyyələşdirilməsinin həcmi 54,2% artacaq.
BNEZ-in modernləşdirilməsi və yenidən qurulması layihəsinin birinci mərhələsi 2023-cü ilin dekabr ayında bitəcək. BNEZ-in illik emal gücü 6,5 milyon ton təşkil edir. Layihə nəticəsində zavodda Xəzər regionu ölkələrinin bütün neft növlərinin emalı mümkün olacaq. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.
BNEZ SOCAR-ın strukturuna daxildir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət