2021-ci ildə “AzerGold” QSC xalis mənfəətini 2020-ci illə müqayisədə 31,5% - $33 milyon 47,259 min manatadək azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə cəmiyyətin 2021-ci ilin yekunlarına dair maliyyə hesabatında deyilir.
Şirkətin məlumatına görə, 2021-ci ildə maya dəyərinin bil il əvvələ olan göstərici ilə müqayisədə 40,9% - $51,7 milyona qədər artımı nəticəsində “AzerGold” və EBITDA-nın xalis mənfəət mənfəəti göstəricilərində azalma müşahidə olunub. 2021-ci il ərzində cəmiyyətin investisiya mərhələsində olan törəmə müəssisələrinin $3 milyon 644,948 min məbləğində zərəri nəzərə alınaraq, ötən ilin yekunları üzrə “AzerGold”un ümumi xalis mənfəəti $29 milyon 402,311 min (аzalma 39%) təşkil edib..
EBITDA-nın göstəricisi 15,3% - $58 milyon 722,264 minə qədər azalıb.
2021-ci ildə satışların maya dəyərinin artımı suxur tullantılarının partlayışı və daşınması xərclərinin, köhnəlmiş əsas vəsaitlərin və əmək haqqı xərclərinin və sosial ayrmaların artması ilə əlaqədar olub.
Hesabat ilində “AzerGold” qızıl və gümüş satışından $112 milyon 73,559 min (аrtım 1,7%) gəlir əldə edib.
Hesabat ilində cəmiyyətin əməliyyat mənfəəti $39,860 milyon (azalma 33,4%), vergidən əvvəlki mənfəət $38,86 milyon (azalma 32,8%), mənfəət vergisi üzrə ödənişlər $9,458 milyon (azalma 1,4 dəfə) təşkil edib.
1 yanvar 2022-ci il tarixinə “AzerGold”un aktivləri $2009,922 milyon (artım 43,6%), uzunmüddətli aktivləri $114,322 milyon, qısamüddətli aktivləri $86,6 milyon məbləğində qiymətləndirilir. Aktivlərin əsas hissəsi qeyri-maddi aktivlərin ($44,044 milyon, azalma 1,8%) payına düşüb.
“AzerGold”un kapitalı $159,809 milyon (artım 62,8%), nizamnamə kapitalı $36,471 milyon (artım 67,6%), bölüşdürülməmiş mənfəəti $89,26 milyon (artım 30,1%) təşkil edib.
Ümumi kapitalın artması xalis mənfəət hesabına, habelə dövlət tərəfindən nizamnamə kapitalının artırılmasına əsaslanır.
Kapitalaşmanın artımı xalis mənfəətin təkrar kapitallaşması və dövlət tərəfindən “Daşkəsən Dəmir Filiz” törəmə müəssisənin fəaliyyətinin təşkili, tədqiqat işlərinin aparılması, altivlərin alışına yönələn kapitala əlavə vəsait ilə əlaqədardır.
Hesabat ilinin sonuna cəmiyyətin öhdəlikləri $41,113 milyon məbləğində (azalma 1,5%) qiymətləndirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” qızıl hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət