İspaniyanın alternativ və bərpa olunan enerji mənbələrində ixtisaslaşan “Elecnor” şirkəti Qaradağ Külək Elektrik Stansiyası layihəsində iştirak etmək niyyətindədir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Caspian HDG” MMC və İspaniyanın alternativ və bərpa olunan enerji sahəsində ixtisaslaşmış “Elecnor” şirkəti arasında Qaradağ Külək Elektrik Stansiyası layihəsinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb”, - Cabbarov Twitter hesabında yazıb.
Eyni zamanda, nazir layihə ilə bağlı digər təfərrüatları və külək elektrik stansiyanın digər parametrlərini qeyd etməyib.
“Elecnor” infrastruktur obtyektlərin hazırlanması və tikintisi sahəsində dünyanın aparıcı korporasiyalarından biridir.
“Elecnor” ölkəlıin öz potensialınlı inkişaf etdirmək məqsədilə bütün dünyada infrastruktur və xidmətlər təqdim edir və “Elecnor Group”un bir hissəsidir.
Şikrət elektrik enerjisi istehsalı, neft-qaz, telekommunikasiyalar, dəmir yolu nəqliyyatı, enerji təchizatı və səmərəliliyi, tikinti, su və s. sahələrdə layihələr reallaşdırır və xidmətlər göstərir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
«Caspian Hydrogen Development Group» MMC – Azərbaycanda Azərbaycanda hidrogen və bərpa olunan enerji mənbələrinin istehsalı, o cümlədən yerüstü və dəniz külək elektrik stansiyalarının inkişafı sahəsində fəaliyyət göstərən ilk özəl milli şirkətdir.
Daha əvvəl energetika naziri Pərviz Şahbazov məlumat verib ki, Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var.
Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 MVt-a çatıb. Elektroenergetika sistemində ümumi gücü 6642 MVt olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 MVt olan 30 su elektrik stansiyası, 37 MVt gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 MVt gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 MVt olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 MVt olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən 16,5%-ni təşkil edir. Azərbaycan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmağı planlaşdırır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət