Türkiyə noyabrın 11-dək Azərbaycanla Preferensial Ticarət Sazişinin çərçivələrinin genişləndirilməsi ilə bağlı danışıqları başa çatdırmağı ümid edir. Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
“Ticarət münasibətlərində ölkələrimiz arasında Preferensial Ticarət Sazişi qüvvədədir. Lakin bu sənəd hələlik son dərəcə məhduddur, qısa zamanda onun müddətini genişləndirmək lazımdır. Bu istiqamətdə müzakirələrə başlamışıq, ümid edirəm ki, ən gec bir həftə ərzində onları tamamlayacağıq. Son tarix – 11 noyabrdır”, - Oktay Bakıda deyib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, həmçinin vitse-prezident müvafiq sənədin imzalanması ilə danışıqlar prosesinin daha tez başa çatacağını istisna etməyib.
Oktayın sözlərinə görə, saziş qüvvəyə minəndən etibarən (2021-ci ilin mart ayında - İF) və 2022-ci il sentyabrın sonuna olan dövr ərzində Türkiyə məhsullarının Azərbaycana ixrac həcmi $14,8 milyon təşkil edib, baxmayaraq ki, Azərbaycan məhsullarının Türkiyəyə ixracı $519 milyon dəyərində olub.
“Prezidentlər tərəfindən qarşılıqlı ticarətin həcminin $15 milyarda çatdırılması ilə bağlı hədəfi yada salarsaq, aydındır ki, cəhdlərimiz üçün nəsə var. Azərbaycan tərəfi ilə danışıqlar zamanı Türkiyə biznesinə əngəl törədən və rəqabətə mənfi təsir edən maneələrin aradan qaldırılması məsələsini müzakirə etdik. Həmçinin, gömrük əngəllərinin aradan qaldırılması, tranzit daşımalarınımn liberallaşdırılmasını. Bu halda qarşılıqlı ticarətdə $15 milyard hədəfə çata bilərik, hansı bizə kiçik görünəcək və yeni rekord göstəricilərə can atacağıq”, - Oktay bəyan edib.
Preferensial Ticarət Sazişi 2020-ci il 25 fevral tarixində Azərbaycan-Türkiyə Əməkdaşlıq Şurasının 8-ci iclasının yekunlarına dair prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə imzalanıb. Sənəd 1 mart tarixində qüvvəyə minib. Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunmasıdır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət