“Bakı Metropoliteni” QSC Rusiyanın “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə çərçivəsində 4-cü nəslə mənsub daha 10 vaqon alıb.
“Metrovaqonmaş” müəssisəsinin istehsal etdiyi daha 10 müasir tipli vaqondan ibarət iki yeni qatar Bakı metropoliteninin “Nərimanov” elektrik deposuna gətirilib. Hazırda yeni vaqonlarda sazlama işləri aparılır. Normativ sınaq yürüşləri və tənzimləmə işlərindən sonra qatarlar xəttə buraxılacaq. Yeni vaqonlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq”, - “Bakı Metropoliteni” QSC-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Cəmiyyətin məlumatına əsasən, oktyabr ayında Bakı metropoliteninə 10 vaqondan ibarət iki yeni qatar gətirilib.
“Beləliklə, Bakı metropoliteninə gətirilmiş müasir tipli, sonuncu nəsil vaqonların sayı 115-ə (23 qatar tərkibi) çatdırılıb”, - məlumatda deyilir.
2019-cu ilin oktyabr ayında “Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş” ASC arasında imzalanmış müqaviləyə əsasən, Rusiya şirkəti Bakı metrosu üçün 81-765.4B/766.4B modelli 60 müasir tipli vaqon (hər birində 5 vaqon olmaqla 12 qatar tərkibi) istehsal edəcək. Müqavilə 2020-2023-cü illəri əhatə edir və Azərbaycana ildə 20 müasir vaqonun tədarükünü nəzərdə tutur. Müqavilə çərçivəsində 2020-ci ilin iyun ayında ölkəyə 20 vaqon gətirilib.
Baş vaqonlar əlil və uşaq arabaları, velosipedlər üçün zonalara malikdir. Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin qatar boyu hərəkət rahatlığını, onların bərabər paylanmasını təmin edir.
Vaqonlarda kondisioner sistemi quraşdırılıb. Bununla yanaşı, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sisteminə havanın bakteriyalardan təmizləmə funksiyası da daxildir. Əlavə olaraq, vaqonlarda ultrabənövşəyi lampalar məhz bu funksionallığa malikdir.
“Metrovaqonmaş” şirkəti 1967-ci ildən “Bakı Metropoliteni” QSC-ni vaqonlarla təmin edir. Hazırda “Bakı Metropoliteni”ndə bu şirkətin istehsalı olan 300-dən çox vaqon istismardadır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət