Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyə tərəfdaşları ilə KOS sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə bir sıra sənədlər imzalayıb.
Memorandumların imzalanması Bakıda keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası və Azərbaycan-Türkiyə Biznes Forumunun yekunları üzrə çərçivəsində baş tutub.
Xüsusilə, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) arasında mikro, kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının genişləndirilməsinə dair Niyyət Protokolu imzalanıb.
O cümlədən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İcbari Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Azərbaycanda səhiyyə infrastrukturunun inkişaf etdirilməsi və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-biznes əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, forum çərçivəsində KOBİA və Türkiyənin “SUR YAPI” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə müvafiq sahələrdə layihələrin mübadiləsi, hər iki ölkənin KOB-ları arasında əlaqələndirmə işlərinin aparılması və etibarlı tərəfdaşların müəyyən edilməsi, qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinə və KOB-lar üçün layihələrin reallaşdırılmasına dәstәyin göstәrilmәsi öz əksini tapıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət