Azərbaycanın yükdaşıyıcısı “Silk Way West Airlines” MMC Amerikanın “Boeing Company” korporasiyası ilə “Boeing 777-8F” yük təyyarələrinin alınması üçün müqavilə imzalayıb.
Cümə axşamı “Silk Way West Airlines” məlumat verib ki, müqavilə iki “Boeing 777-8F” yük təyyarəsinin alınmasını nəzərdə tutur. Razılaşmaya əsasən, gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub.
Şirkətin məlumatına görə, təyyarələrin tədarükü 2029-2030-cu illərdə planlaşdırılır.
“Təyyarə 9,2 min km-dən çox uçuş məsafəsi ilə 118 tondan çox yük daşıya bilir. Qabaqcıl texnologiya, yeni GE9X mühərrikləri və kompozit qanad dizaynı ilə Boeing 777-8F 30% daha çox yanacaq səmərəliliyi və emissiya səviyyəsi, həmçinin ton başına 25% aşağı əməliyyat xərcləri təklif edir”, - şirkətin məlumatında deyilir.
Yeni təyyarələrin alışı dünyanın 40 istiqamətinə xidmət göstərən “Silk Way West Airlines”a beynəlxalq şəbəkəsini daha da genişləndirməyə və yük daşımalarına artan tələbatı ödəməyə imkan verəcək.
Xəbər verildiyi kimi, 2021-ci ilin aprelində “Silk Way West Airlines” beş “Boeing 777F” təyyarəsinin alınması üçün müqavilə imzalayıb.
“Silk Way West Airlines” yük daşıyıcısı 2012-ci ildə Bakıda təsis olunub. Şirkətin illik yükdaşıma dövriyyəsi 500 min ton təşkil edir. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcı hər ay 40 istiqamət üzrə 350-ə yaxın müntəzəm reys yerinə yetirir. Aviaşirkətin donanması ən qabaqcıl təhlükəsizlik sitemləri ilə təchiz olunmuş 12 “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarətdir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət