2021-ci ilin yanvar-iyun aylarında “AzerGold” QSC-nin xalis mənfəəti $11 milyon 215,4 min təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə cəmiyyətin 2022-ci ilin I yarısının yekunlarına dair maliyyə hesabatında deyilir.
Şirkətin məlumatına görə, satışlardan gəlir $48 milyon 101,6 min, satışların maya dəyəri - $26 milyon 789,3 min təşkil edib.
Satışların maya dəyəri çıxıldıqdan sonra ümumi mənfəətin həcmi $21 milyon 312,4 min təşkil edib.
Ümumi, inzibati və digər xərclər cıxıldıqdan sonra əməliyyat gəlirinin göstəricisi $14 milyon 763,4 min təşkil edib.
Hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər $3 milyon 148,1 min təşkil edib. Nəticədə, xalis mənfəət $11 milyon 215,4 min təşkil edib.
1 iyul 2022-ci il tarixinə “AzerGold”un aktivləri $289,818 milyon (artım 44,2%) həcmində qiymətləndirilir. Bununla yanaşı, cəmiyyətin uzunmüddətli aktivləri $146,266 milyon, qısamüddətli aktivləri $143,552 milyon həcmində qiymətləndirilir. Aktivlərin əsas hissəsi pul vəsaiti və onların ekvivalentinin payına düşüb və 2022-ci ilin iyun ayının sonuna $100,557 milyon təşkil edib.
“AzerGold”un kapitalı $244,553 milyon (artım 1,5 dəfə), nizamnamə kapitalı - $36,471 milyon manat (dəyişməyib), əlavə kapitalı -$106,532 milyon, bölüşdürülməmiş mənfəəti - $101,55 milyon (artım 13,8%) təşkil edib.
Hesabat dövrünün sonuna cəmiyyətin öhdəlikləri $45,265 milyon məbləğində (artım 10,1%) qiymətləndirilir.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” qızıl hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci mərhələ çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), eləcə də “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) həyata keçirir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət