Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Ələt (Bakının qəsəbəsi) – Naxçıvan dəmir yolunun inkişafının diaqnostik tədqiqatının başa çatdırılması üçün $225 min məbləğində texniki yardım ayırır.
“Noyabrın 10-da bank bu texniki yardımın ayrılmasını təsdiq edib”, - “İnterfaks-Azərbaycan”a AİB-nin Bakı nümayəndəliyindən məlumat verilib.
Bankın nümayəndəsi vurğulayıb ki, dəmir yolu infrastrukturunun inkişafı, həmçinin Ələt limanından Naxçıvana qədər dəmir yolu xəttinin modernləşdirilməsi bu gün Azərbaycan hökuçəti üçün prioritetlərdən biridir.
“Ələt ilə Horadiz arrasında dəmir yolu xətti (205 km uzunluğunda) hələ də işlək vəziyyətdədir, lakin sovet dövründə tikilib və tam yenidən qurulmasına ehtiyac var. Ələt-Osmanlı hissəsinə dair (60 km) layihə sənədləri var. Osmanlı və Horadiz arasında hissə üçün (145 km) layuhə və ya digər sənədlər yoxdur”, - bankdan qeyd olunub.
2021-ci ilin fevral ayında Azərbaycan hökuməti azad edilmiş ərazilərdə Ermənistan işğalı dövründə tam dağıdılmış 100 km uzunluğunda Horadiz-Ağbənd (Zəngəzur dəhlizi) hissəsinin tikintisinə başlayıb.
“Ələt -Naxçıvan dəmir yolunun potensialının qiymətləndiirlməsi üçün bir neçə istiqamətdə təhlil lazımdır: avtomobil nəqliyyatı və alternativ marşrutlar tərəfindən rəqabət nəzərə alınmaqla dəmir yolu ilə yükdaşımalar və sərnişin daşımalarına gələcəkdə tələbat; infrastruktura sərmayələrə tələbat; vaqonlara və multimodal terminallar kimi digər obyektlərə zəruri investisiyalar; dəmir yolu dəhlizinin İran, Ermənistan və Türkiyənin xəttləri ilə birləşməsi üçün texniki və istifadə variantları və maneələr; biznes və marketinqin inkişafı üçün zəruri təşkilati potensial.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $5,2 milyard məbləğində kredit ayırıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət