Azərbaycan hökuməti 2023-cü ildən etibarən azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən biznes subyektləri üçün uzunmüddətli vergi güzəştləri paketi təqdim etməyi planlaşdırır.
Milli Məclis cümə günü keçirilən plenar iclasda qeyd olunan Vergilər Məcəlləsinə güzəştlərin əks olunduğu dəyişikliklər paketini qəbul edib.
“İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir ki, xüsusilə, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcək (227.1-ci maddə).
Bundan əlavə, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad edilir.
İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarların (payçıların) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilir.
Həmçinin, bu güzətşlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi əməliyyatlara da şamil olunur.
Bundan başqa, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellar) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5%-i həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət