Azərbaycan hökuməti azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən özəl sektorun məcburi dövlət sosial sığorta haqlarını subsidiyalaşdırmağı planlaşdırır.
Bu güzəştlər Milli Məclisin cümə günü keçirilən iclasında birinci oxunuşda qəbul olunan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, qeyri-neft sektorunda fəaliyyət göstərən biznes subyektləri bu güzəştlərdən istifadə edə biləcək. Həmçinin, bu güzəştlər maliyyə, yük daşımaları sahəsində fəaliyyət göstərən biznes subyektləri, dövlət bücəsi hesabına işər həyata keçirən podratçılara şamil olunmayacaq.
Şərtlərə əsasən, subsidiyalaşdırma dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək: Həmçinin subsidiyalaşdırma sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının: 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100%-i miqdarında; 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80%-i miqdarında; 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60%-i miqdarında; 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40%-i miqdarında.
Həmçinin, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100%-i subsidiyalaşdırılacaq.
Sunsidiyalaşdırma qaydası, onun ödənişi müvafiq dövlət orqanı tərəfindən müəyyən ediləcək.
Bundan əlavə, dəyişikliklərə əsasən, fərdi baytarlıq təcrübəsi ilə məşğul olan şəxslər üçün sosial sığorta ödənişlərinin dərəcəsi ölkə üzrə minimum əmək haqqının 3%-ni təşkil edəcək (bu dərəcə 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək qüvvədə olacaq). **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət