Dağıstan Azərbaycanla kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu respublikanın rəhbəri Sergey Melikov özünün teleqram kanalında yazıb.
“Bizim üçün Azərbaycan ən yaxın qonşudur. Uzun illər ərzində xalqlarımız arasında mədəni və iqtisadi əlaqələrlə yanaşı, həm də möhkəm dostluq münasibətləri qurulub”, - deyə o, Regionlararası Forum çərçivəsində Bakıda keçirilən görüş və danışıqların nəticələrini şərh edərkən bildirib.
Melikov hesab edir ki, Xəzərdə yaxta və kruiz turizminin inkişafı üzrə birgə layihələrin həyata keçirilməsi üçün böyük perspektivlər var, habelə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük imkanlar açır.
“Azərbaycan Dağıstanın əsas ticarət tərəfdaşı olaraq qalır: illik ticarət həcmi respublikanın xarici ticarət dövriyyəsinin ən azı 30%-ni təşkil edir. Ancaq biz sənaye əlaqələrini daha da genişləndirə bilərik, xüsusilə aqrar sənaye kompleksi sahəsində. Yaxın vaxtlarda Azərbaycan nümayəndələri ilə bu məsələləri daha konkret müzakirə edəcəyik. Biz bu gün Dağıstanın iki ölkə arasındakı münasibətlərdə mühüm rol oynadığının fərqindəyik və birgə səmərəli işə hazırıq”, - deyə respublikanın rəhbəri vurğulayıb.
O, Azərbaycan tərəfinin Dağıstanla sosial və iqtisadi sahələrdə, ilk növbədə, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət