Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Kasım-Jomart Tokayevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı və firavanlığı naminə prezidentlik fəaliyyətində, o cümlədən aparılan islahatların həyata keçirilməsi işində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı Qazaxıstan Prezidentinin ölkəmizə son rəsmi səfəri çərçivəsində, eləcə də oktyabr ayında Astanada dövlət başçıları arasında keçirilmiş görüşlər məmnunluqla xatırlanıb, həmin görüşlərdə əldə edilmiş razılıqların uğurla icra edildiyi qeyd olunub.
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
“Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət