Azərbaycan prezidenti Ilham Əliyev və Serbiyanın baş naziri Ana Brnabiç Belqradda keçirilən görüş zamanı Azərbaycandan Serbiyaya enerji resurslarının tədarükü məsələləri ilə məşğul olacaq enerji üzrə dövlətlərarası işçi qrupunun yaradılmasının vacibliyi barədə bəyan ediblər.
"Interfaks-Azərbaycan" Serbiya hökumətinin məlumatına istinadən bildirir ki, Əliyev və Brnabiç çərşənbə günü keçirilən görüşdə “bu gün ən böyük çağırışlardan birinin etibarlı enerji təchizatının olmasına dair razılığa gəliblər və bu səbəbdən Azərbaycandan Serbiyaya enerji resurslarının tədarükü ilə bağlı konkret razılaşmalara aid məsələlərlə məşğul olacaq dövlətlərarası enerji işçi qrupunun formalaşdırılması son dərəcə vacibdir”.
Məlumata əsasən, həmçinin görüşdə bir sıra sahələrdə, xüsusilə, ASK, enerji, infrastruktur və nəqliyyatda əməkdaşlığın inkişafı müzakirə olunub.
Brnabiç qarşılıqlı ticarət mübadiləsinin artırılması barədə söz açarkən, “hazırda istifadə olunandan daha artıq imkanların olduğunu nəzərə alaraq” onun artırılması üçün əlavə səy göstərilməsinin zəruriliyi barədə bəyan edib.
O qeyd edib ki, Serbiya tərəfi bu mənada kənd təsərrüfatı sahəsində xüsusi potensial görür.
Brnabiç əlavə edib ki, 2021-ci ildə Serbiya ilə Azərbaycan arasında son 10 il əzrində ticarət dövriyyəsinin rekord həcmi əldə olunub.
Görüş zamanı baş nazir prezident Əliyevə Serbiyanın ərazi bütövlüyü məsələsində Azərbaycanın göstərdiyi dəstəyə, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığa görə təşəkkürünü bildirib.
«O cümlədən, Əliyev və Brnabiç mövcud beynəlxalq vəziyyət və bu problemlərin aradan qaldırılmasının yolları barədə fikir mübadiləsi aparıblar», - Serbiya hökumətindən bildirilib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət