2022-ci ilin yekunları üzrə «Orta nəqliyyat dəhlizi» ilə yük daşımalarının həcmi 2021-ci ilin göstəricilərindən 6 dəfə çox olacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib.
“2022-ci ilin yekunları üzrə «Orta nəqliyyat dəhlizi» ilə yük daşımalarının həcmi 2021-ci ilin göstəricilərindən 6 dəfə üstələyəcək. Bu şansdan tam həcmdə istifadə etmək üçün ölkələrimiz ticarət və nəqliyyat yolunda maneələri aradan qaldırmalıdır”, - Çavuşoğlu Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə bildirib.
Türkiyəli nazir xatırladıb ki, bu gün dünyada ən iri yük həcmləri məhz Asiya ilə Avropa arasında nəql olunur, baxmayaraq ki, “Orta nəqliyyat dəhlizi» yük daşımaları üçün ən qısa və əlverişli marşrut olaraq qalır.
Anadolu agentliyi Çavuşoğlunun sözlərinə istinadən bildirib ki, nazir geosiyasi proseslərin əhəmiyyətini artıran sön dövrün üç mühüm dünya hadisələrinə diqqət çəkib.
Onun sözlərinə görə, birincisi, yüklərin nəqli zəncirində fasilələr var, bu da təhlükəsiz və davamlı nəqliyyat əlaqələrinin əhəmiyyətini artırır, bu amili rəqabət mübarizəsinin mühüm tərkib hissəsinə çevirərək.
İkincisi, qlobal ərzaq və enerji böhranlarına səbəb olan Rusiya-Ukrayna müharibəsi başladı, üçüncüsü, - ABŞ ilə Çin arasında ziddiyyətlər dərinləşir. Dünyanın iki iri iqisadiyyatları məhsulların qarşılıqlı əvəzlənməsi üçün yollar axtarırlar, deyə nazir qeyd edib.
Çavuşoğlu Azərbaycanın Ermənistan tərəfindən işğal etdiyi əraziləri azad etdiyini xatırladıb və bildirib ki, Cənubi Qafqazda yeni reallıqlar yüklərin uzunmüddətli nəqli mexanizmlərinə töhfədir.
Türkiyə XİN başçısı diqəti son illər ərzində Azərbaycanda iki yeni beynəlxalq aeroportlarının – Qarabağ iqtisadi regionu dünya ilə birləşdirən Füzuli və Zəngilan hava limanlarının açılmasına yönəldib.
Çavuşoğlu Yaxın Şərq ilə Qafqaz, Asiya ilə Avropa arasında ticarət üçün Zəngəzur dəhlizinin strateji əhəmiyyətini qeyd edib. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət