2022-ci ilin yanvar-sentyabr aylarında magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 2 milyard 628 milyon 627 min manat ($1,54 milyard) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 922 milyon 225,5 min manat gəlir ($542,5 milyon) əldə edilib. Ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə gəlirlərin həcmi 1,2% artıb.
Magistral qaz kəmərlərinin fəaliyyətindən 1 milyard 706 milyon 401,5 min manat ($1 milyarddan çox – İF) gəlir əldə edilib, artım 26% təşkil edib.
2022-ci ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 27 milyon 505,2 min ton neft (artım 5,1%), qaz kəmərləri ilə 28 milyard 501,2 milyon kubmetr qaz (artım 12,1%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 78,9% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 53,3% Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum – İF) payına düşür.
2021-ci ildə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 3 milyard 49,505 milyon manat (artım 31,2%) təşkil edib. Magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 197 milyon 649,8 min manat (artım 6,3%), magistral qaz kəmərlərinin fəaliyyətindən 1 milyard 851 milyon 856 min manat gəlir (artım 54,7%) əldə edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət