“Kapital Bank” ASC-nin ipoteka portfeli 400 milyon manatdan artıqdır. Bunu bankın Pərakəndə Satış İdarəsinin baş direktoru Ramil İmamov deyib.
“Son illər “Kapital Bank” üçün ipoteka biznesi əsas inkişaf etdirilən sahələrdən biridir. Strateji dövrdə qarşıya qoyulan hədəflərdən biri ipoteka portfeli üzrə bazarda böyük pay sahibi olmaq və müştərilər üçün çevik xidməti təmin etmək idi. İpoteka üzrə qısa zaman kəsiyində yüksək nəticələr əldə olunub və müştərilərə 4 növ ipoteka krediti təklif edirik. Hazırda ipoteka portfelimiz 400 milyon manatdan artıqdır”, - deyə o, bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Baş direktorun sözlərinə görə, bu strateji dövrdə yeni qurulan bir biznes sahəsi isə mikro biznes olub.
“Ötən 2 il ərzində mikro seqment müştəriləri üçün müxtəlif növ bank məhsul və xidmətləri yaradıldı. Bunların içərisində hazırda ölkə üzrə yalnız “Kapital Bank” tərəfdən icra olunan onlayn kreditləşməni qeyd etmək istərdim. Mikro biznes müştərilərimiz tərəfdən də məsafədən kreditləşmə müsbət qarşılanıb və bəyənilib. Mikro biznes kreditləri üzrə cari ana kredit portfelimiz isə 76 milyon manat təşkil edir və bu göstərici sürətlə artır”, - deyə bank rəsmisi qeyd edib.
R.İmamov əlavə edib ki, bu il ərzində bankın Bakı şəhəri üzrə 9, regionlar üzrə 2 yeni xidmət nöqtəsi istifadəyə verilib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aktivlərinin həcminə görə ölkənin ikinci bankıdır. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət