2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 milyard 620 milyon 675,4 min manat (cari məzənnə ilə $2,1 milyard) gəlir əldə edib ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 45,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 2 milyard 767 milyon 82,5 min manat ($1,6 milyard) məbləğində gəlir (artım 31,5%) əldə edilib. Bu gəlirlərin əsas həcmi – 2 milyard 766 milyon 492,5 min manatı (artım 31,5%) beynəlxalq yükdaşımaların, 590 min manatı isə daxili yükdaşımaların (artım 60%) payına düşüb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 853 milyon 592,9 min manat ($502 milyon) məbləğində gəlir (artım 2,2 dəfə) əldə edilib. Gəlirlərin əsas həcmi - 802 milyon 308,4 min manatı (artım 2,2 dəfə) beynəlxalq sərnişindaşımaların, 51 milyon 284,5 min manatı (artım 2,2 dəfə) daxili sərnişindaşımaların payına düşüb.
2022-ci ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 326,5 min ton (azalma 8,2%), sərnişin daşımalarının həcmi 1 milyon 656,6 min nəfər (artım 2,1 dəfə) təşkil edib.
2021-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 3 milyard 240 milyon 291,2 min manat (artım 20,4%), sərnişin daşımalarından 635 milyon 109,8 min manat gəlir (artım 85%) əldə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət