İslamabad bir ay ərzində Bakı ilə Azərbaycandan mayeləşdirilmiş təbii qazın alınmasına dair çərçivə sazişi imzalaya bilər. Bunu Pakistanın neft üzrə dövlət naziri Musadik Malik deyib.
“Nazir Müsadik Malik bildirib ki, Pakistan Azərbaycanla mayeləşdirilmiş təbii qazın alınması ilə bağlı hökumətlərarası müqavilə (G2G formatında) barədə danışıqlar aparır. Onun sözlərinə görə, Azərbaycanla çərçivə sazişi yekun mərhələdədir və həftələr və ya ola bilsin ki, bir ay sonra başa çatacaq”, - deyə Pakistan məbuatı yazır.
Çərçivə sazişi çərçivəsində SOCAR-ın Pakistana maye qazı daha ucuz qiymətə təklif edəcəyi gözlənilir.
Pakistanın “Business Recorder” nəşri xatırladıb ki, 2017-ci il fevralın 28-də Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Çərçivə sazişinin detallarını müzakirə etmək səlahiyyəti SOCAR və PLL şirkətlərinə verilib.
Nəşr qeyd edir ki, PLL şirkəti çərçivə sazişinin təsdiq edilməsi üçün Pakistan hökumətinə müraciət edib. Sənədin bir sıra xüsusiyyətləri var: ilkin imzalanma müddəti bir ildir və daha bir il uzadıla bilər; SOCAR tərəfindən maye qazın bir partiyası müvafiq tədarükün başlamasından 45 gün əvvəl təklif ediləcək; yüklə bağlı hər bir təklif müəyyən edilmiş müddətdə qüvvədə olacaq və bu müddət ərzində PLL təklifi qəbul edə bilər; hər bir maye qaz yükünün qiyməti SOCAR tərəfindən ABŞ dolları ilə göstəriləcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət