Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) elektrik enerjisinin inkişafı sahəsində əməkdaşlığa dair razılıq əldə olunub.
“Energetika Nazirliyi ilə AYİB arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu onlayn formatda imzalanıb”, - nazirliyin məlumatında deyilir.
Memorandum çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur.
“İnterfaks-Azərbaycan” agentliyi Energetika Nazilriyinə istinadən məlumat verir ki, bu əməkdaşlıq çərçivəsində ilkin olaraq “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması planlaşdırılır.
“Azərbaycan Prezidentinin yeni inkişaf siyasətinə uyğun olaraq ölkəmizdə enerji sektoru bərpa olunan enerji mənbələri və səmərəliliyə əsaslanan modelə transformasiya olunur. AYİB ilə imzaladığımız bu sənəd elektroenergetika sektorunun enerji və ətraf mühitlə bağlı müasir qlobal çağırışlara uyğun inkişafı üçün mühüm əhəmiyyət daşıyır”, - məlumatda energetika naziri Pərviz Şahbazovun sözlərinə istinad edilir.
Nazir əlavə edib ki, AYİB ilə əməkdaşlıq Azərbaycanın“təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nə çevrilməsinə, həmçinin 2050-ci ilə qədər istixana qazları emissiyalarının 40% azaldılması və işğaldan azad edilmiş ərazilərdə netto sıfır emissiya zonasının yaradılmasına imkan yaradacaq.
“Bu Memorandum Azərbaycan hökuməti ilə AYİB arasında bərpa olunan enerji mənbələrinin əsas rol oynayacağı elektroenergetika sektorunda aşağı karbonlu həll yollarının hazırlanması üzrə gələcək əməkdaşlığa təkan verəcəkdir. Biz, Paris Sazişinin dekarbonizasiya üzrə öhdəliklərinə uyğun olaraq, ölkənin istixana qazı emissiyalarını azaldaraq, qaz sərfiyyatını əlverişli olan külək və günəş enerjisi ilə əvəz etmək yolunda Azərbaycana dəstək olmaqdan məmnunuq”, - AYİB-in Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Nandita Parşad qeyd edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət