Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Ruben Vardanyan Azərbaycanın Qarabağ regionunu tərk etməlidir.
“Bu gün regionumuzda yad elementlər var. Mən Vardanyanı nəzərdə tuturam. Onun fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır. O, regionu nə qədər tez tərk etsə, bir o qədər yaxşı olar. O, ziyanverici və sabitliyi pozan amildir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan üçtərəfli bəyanatlar çərçivəsində götürdüyü öhdəlikləri pozur. “Azərbaycan həmişə öz öhdəliklərini yerinə yetirməyin tərəfdarı olub. Bizim həqiqətən də Laçın dəhlizi ilə keçidin təmin edilməsi ilə bağlı öhdəliyimiz var. Lakin bu öhdəlik 3 halla bağlıdır: yerli vətəndaşların keçidi, mal və nəqliyyat vasitələrinin buraxılması”, - deyə C.Bayramov vurğulayıb.
O deyib ki, Ermənistan Laçın dəhlizindən sui-istifadə edir. “Xüsusilə razılaşmalara baxmayaraq, erməni hərbçilər hələ də Qarabağ regionundadır və onların rotasiyası həyata keçirilir. İkinci məqam mina mövzusudur. Ermənistan Laçın dəhlizi ilə mina daşıyır. 2020-ci ilin noyabr ayından 276 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olub, onlardan 46 nəfəri, o cümlədən 35 mülki şəxs həlak olub.
Azərbaycan XİN başçısı əlavə edib ki, xarici vətəndaşların naməlum məqsədlərlə Laçın dəhlizi vasitəsilə regiona səfər etməsi ilə bağlı çoxlu sayda pozuntular var.
“Biz Ermənistanı öz öhdəliklərinə ciddi yanaşmağa çağırırıq”, - deyə C.Bayramov bildirib.*
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət