Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı Qarabağdakı vəziyyətlə bağlı ictimai rəylə manipulyasiya etməkdə ittiham edib.
“Biz Moskvada keçirilməli olan danışıqların üçüncü raundunun baş tutmayacağı barədə bir gün əvvəl xəbər tutduq. Mən Ermənistanın həyata keçirdiyi manipulyasiya kampaniyasına diqqət çəkmək istərdim. Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi təqdim etdi. Demək olar ki, eyni vaxtda Ermənistan nümayəndələri bu barədə geniş ictimaiyyətə məlumat verdilər. Bununla paralel olaraq, Azərbaycanın guya danışıqlardan imtina etdiyi barədə şaiyələr yaydılar. Bu, açıq şəkildə göstərir ki, Ermənistan səylərini prosesin özünə deyil, onun imitasiyasına yönəldir. İctimai rəylə manipulyasiya həyata keçirilir. Amma bunun Ermənistan tərəfinə nə verdiyi bəlli deyil”, - deyə Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Laçın yolu ətrafındakı vəziyyəti şərh edən nazir qeyd edib ki, yolun guya blokadaya alınması ilə bağlı Ermənistanın yaydığı məlumatlar həqiqətə uyğun deyil. Bunu mövcud çoxsaylı faktlarla təkzib etmək asandır (...). Həmçinin təcili tibbi yardım maşınlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələrinin hər iki istiqamətdə maneəsiz hərəkət etməsi ilə bağlı çoxlu sayda təsdiq var”, - deyə XİN başçısı vurğulayıb.
Bayramov əlavə edib ki, ekoaktivistlər Azərbaycanın sərvətlərinin talan edilməsinə etiraz edirlər. “Onların məqsədi yüklərin, malların, nəqliyyat vasitələrinin keçməsinə mane olmaq deyil. Ancaq biz böhran görüntüsü yaratmaq üçün vəziyyətin gərginləşdirilməsini görürük. Hesab edirik ki, bunun heç bir əsası yoxdur”, - deyə o vurğulayıb.
XİN rəhbəri qeyd edib ki, Azərbaycanın yataqlarının qanunsuz istismarı məsələsi bu gün yaranmayıb. Azərbaycan Qarabağ regionundakı qızıl və mis-molibden yataqlarının qanunsuz işlənməsi məsələsinə çox səbirlə yanaşırdı.
Onun sözlərinə görə, yataqlarda (Qızılbulaq və Dəmirli – İF) qanunsuz hasilatın dayandırılmasının vacibliyi ilə bağlı ilk məktublar 2021-ci ilin noyabr ayında göndərilib. Son iki ayda proses Qarabağda müəyyən şəxslərin (Ruben Vardanyan – İF) peyda olmasından sonra intensivləşib.
Nazir vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur faydalı qazıntılarla çox zəngindir. “Bu regionlarda 151 faydalı qazıntı yatağı var idi. Onlardan 52-si ilk dəfə 1993-2020-ci illərdə istismar olunub (ermənilər tərəfindən – İF).
Bayramov bildirib ki, bu ərazilərin erməni işğalı altında olduğu dövrdə yataqlar qanunsuz şəkildə və barbarcasına talan edilib.
Onun sözlərinə görə, bu gün azərbaycanlı mütəxəssislər xarici ekspertlərlə birlikdə məhkəmə təhqiqatlarının aparılması üçün materiallar və hesabatlar hazırlayırlar. “Ancaq başa düşmək lazımdır ki, bu, uzun prosesdir”, - deyə XİN başçısı əlavə edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət