Özbəkistan Ələt qəsəbəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın bazasında öz anbarlarını aça bilər.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, bu məsələ Özbəkistanın baş nazirini müavini – investisiyalar və xarici ticarət naziri Jamşid Xodjayevin
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadovla görüşü zamanı müzakirə olunub.
“Görüşdə nəqliyyat-logistika əlaqələrinin daha da genişləndirilməsi imkanları, xüsusilə “Ro-Ro" tipli yüklərin dəniz limanları vasitəsilə konteyner daşınması və daşınması həcminin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdən keçirilib. Tərəflər beynəlxalq avtomobil əlaqəsi haqqında Hökumətlərarası Sazişin imzalanmasını alqışladılar. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bazasında Özbəkistanın anbarlarının və konteyner terminallarının açılmasının və iki ölkənin əraziləri vasitəsilə yüklərin, o cümlədən ilkin zəruri malların qarşılıqlı daşınması məsələlərini müzakirə etmək üçün Beynəlxalq Avtomobil Əlaqəsi üzrə Qarışıq Komissiyanın iclasının keçirilməsinin perspektivliyi vurğulanıb", - Özbəkistan İnvestisiyalar və Xarici Ticarət Nazirliyinin məlumatında deyilir.
Bundan əlavə, Xodjayev “Ələt azad iqtisadi zonasınınİdarə Heyətinin sədri Valeh Ələsgərovla görüşüb. «Aİ, MDB və digər qonşu dövlətlərin bazarlarına gələcəkdə ixracın təşkili ilə Ələt azad iqtisadi zonasının ərazisində yüksək əlavə dəyərə malik qida, dəri-ayaqqabı, tekstil və digər tələbat məhsulların istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsinə yönələn investisiya tərəfdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub», - məlumatda vurğulanıb.
Görüşlərin yekununda müzakirə olunan layihə və təşəbbüslərin icrası çərçivəsində gələcək qarşılıqlı əlaqənin formatı razılaşdırılıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət