2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 146 milyon 146 min manat təşkil edib ki, bu da 2021-ci ilin 9 ayının göstəricisindən 0,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta bazarındakı mənbə məlumat verib.
Xərclərin 19,9%-i – 29 milyon 94,9 min manat (azalma 27,1%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
53 milyon 190,6 min manat (artım 1,2%) və ya xərclərin 36,4%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 8 milyon 871,1 min manat (artım 31,9%), sosial ayırmalar 9 milyon 59,4 min manat (artım 8,5%), icarə ödənişləri 5 milyon 427,8 min manat (azalma 3,6%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 2 milyon 19,7 min manat (azalma 31,2%) yönəldib.
2021-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 54 milyon 327,5 min manat yönəldib (2020-ci illə müqayisədə artım 2,4%). Ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 27,5%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət