2022-ci ilin I yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin xalis mənfəəti 48,742 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin 6 ayının göstəricisindən 2,6 dəfə çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi ASCO-nun məlumatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında cəmiyyətin gəlirləri 287,873 milyon manat (artım 27,4%), amortizasiya, faiz və vergi ödənişlərindən öncəki mənfəəti 102,02 milyon manat (artım 58,1%) təşkil edib.
1 iyul 2022-ci il tarixinə ASCO-nun aktivləri 1 milyard 308,376 milyon manat (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 2,9%, 2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,3% - İF) təşkil edir.
2022-ci ilin iyun ayının sonuna QSC-nin kapitalı 1 milyard 134,991 milyon manata (ötən ilin iyun ayının sonuna olan göstərici ilə müqayisədə artım 5,7%), öhdəlikləri 173,385 milyon manata (azalma 12,2%) bərabərdir.
Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında Sərəncam imzalayıb. Bu qurumların əmlakı yeni cəmiyyətin balansına verilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət