Azərbaycan prezidenti İlham Əliyev dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddini 20% səviyyəsində təsdiq edib.
Dövlət borcunun müvafiq yuxarı həddi prezidentin cümə günü imzalanmış fərmanında qeyd olunur.
Bundan əlavə, fərmana əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5% (əvvəl 20%-dən çox deyil - İF) , 2023-cü ilin sonuna isə 25% (2022-ci il üçün – 27,5%) müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Xəbər verildiyi kimi, 1 iyul 2022-ci il tarixinə Azərbaycanın dövlət borcu 14 milyard 973,8 milyon manat və ya ÜDM-in 13%-ni (yanvar-iyunda azalma 11,4% - İF), həmçinin xarici borcu $7 milyard 167,1 milyon (12 milyard 184,1 milyon manat) və ya ÜDM-in 10,6%-i, daxili borcu – 2 milyard 789,7 milyon manat və ya ÜDM-in 2,4%-i təşkil edir. Birinci yarımillikdə xarici borc 11,9%, daxili borc – 9,1% azalıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət