Azərbaycan İrana 2023-cü ilin əvvəlində iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasını keçirməyi təklif edib.
“İnterfaks-Azərbaycan” İran XİN-ə istinadən məlumat verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı əsnasında bu təkliflə çıxış edib.
“Azərbaycanın xarici işlər naziri söhbət zamanı İran İslam Respublikası ilə əməkdaşlığın vacibliyini vurğulayıb. O cümlədən, Bayramov bəyan edib ki, Bakı 2023-cü ilin əvvəlində iki ölkənin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi və ticarət-iqtisasi əlaqələrin aktivləşməsində maraqlıdır”, - İran XİN qeyd edir.
Öz növbəsində, İranın xarici işlər naziri 2023-cü ildə Tehran ilə Bakı arasında münasibətlərin siyasi və iqtisadi sahələrdə genişlənəcəyinə ümidvar olduğunu bildirib.
O, həmçinin İranın Azərbaycanla nəqliyyat və tranzit əlaqələrini aktivləşdirməyə hazır olduğunu xatırladıb və bəyan edib ki, bu sahələrdə əməkdaşlıq genişləndirilməlidir.
Abdullahian bir daha vurğulayıb ki, İran regionda xarici dövlətlərin olması ilə razı deyil.
“Telefon danışığı zamanı İranın xarici işlər naziri tərəfindən qaldırılan və təklif edilən digər məsələlər arasında hər iki tərəfdən KİV-in fəaliyyətinin müzakirəsi məqsədilə işçi qruplarının formalaşdırılması, su çatışmazılığı və Araz çayının çirkləndirilməsinin öyrənilməsi olub”, - XİN vurğulayır. **
R.Əhmədov
Əliyev: 2023-cü ildə Azərbaycan Bolqarıstana 1 milyard kubmetrə yaxın qaz tədarük edəcək
Əliyev: Azərbaycan Avropaya qaz təchizatının coğrafiyasını genişləndirməyi planlaşdırır
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək