Azərbaycan bərpa olunan enerji mənbələrinin (BCE) inkişafı üçün böyük resurslara malikdir və bu istiqamətdə bir neçə layihəyə başlayıb. Bunu "Boston Consulting Group" (BCG) şirkətinin rəhbəri, BCG-nin idarəedici direktoru və əsas tərəfdaşı, EMC regionunda energetika istiqaməti üzrə rəhbər Kirill Tuişev deyib.
“Alternativ enerjiyə gəlincə, birincisi, Azərbaycan böyük resurslara malikdir: burada çoxlu külək və günəş var. Günəş enerjisinin əsas prinsipi yaxşı işləyir, PPWS – put the panel where it’s sunny və ya “paneli günəşin olduğu yerə qoy”. Bundan əlavə, alternativ enerji mənbələrindən istifadə etməklə bəzi qaz həcmlərini ixrac üçün buraxmaq olar”, - deyə Tuişev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ikincisi, alternativ enerjinin inkişafı iqtisadiyyat üçün güclü buster olmalıdır, çünki bu, əsaslı tikinti, yeni güclərin yaradılması, istehsalın lokallaşdırılması ilə bağlıdır. Beynəlxalq maliyyələşmə burada da əlçatan olacaq.
“Bu gün enerji keçidi məsələsi dünyanın ən böyük şirkətlərinin, o cümlədən Azərbaycan şirkətlərinin rəhbərlərinin top-siyahısındadır. Biz görürük ki, Azərbaycan artıq bu istiqamətdə hərəkətə keçərək bir neçə layihəyə start verib, lakin sistemli yanaşma yeni infrastrukturun yaradılmasını tələb edəcək. Bu, hər şeydə genişmiqyaslı dəyişikliklər deməkdir: başqa istehlak strukturu, başqa yanacaqdoldurma məntəqələri, nəhayət, sonsuz sayda imkanları özündə ehtiva edən başqa enerji saxlama sistemi. Məsələn, evlərdə istilik enerjisi itkisindən izolyasiyanın keyfiyyətcə yeni səviyyəsi və ya innovativ asfalt istehsalı”, - deyə o əlavə edib.
Kirill Tuişevlə müsahibənin tam mətni ilə http://interfax.az/view/884084 linki vasitəsilə tanış olmaq olar.
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət