Azərbaycanın 2023-cü il dövlət büdcəsində “iqtisadi fəaliyyət” maddəsi üzrə 1 milyard 240,8 milyon manat ($729,8 milyon) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da bütün büdcə xərclərinin 3,7%-ni təşkil edir.
Maliyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, ölkənin turizm infrastrukturunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsinə, bölgələrdə turizm fəaliyyətinin stimullaşdırılmasına 56 milyon manat yönəldiləcək.
Bundan əlavə, dövlət orqanları üçün lisenziyalı proqram təminatının alınmasına, “Hökumət buludu”nun (G-cloud) yaradılmasına və bu sistemə qoşulmuş idarələr üçün müvafiq xidmətlərlə bağlı xərclərin ödənilməsinə 24 milyon manat ayrılacaq.
Ələt Azad İqtisadi Zonasında Biznes Xidmətləri Mərkəzinin (“One-Stop Shop” Business Centre) maliyyələşdirilməsi üçün 10,3 milyon manat, qeyri-neft ixracının stimullaşdırılması üçün 13,4 milyon manat, Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üçün 6 milyon manat, yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların hazırlanması üçün 52,5 milyon manat, iqtisadi dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 100 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət