Azərbaycan hökuməti 2026-cı ildə ölkədə neft hasilatını 30 milyon 274,3 min ton səviyyəsində proqnozlaşdırır, bu da 2023-cü il üçün proqnoz göstəricidən 3% aşağıdır.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi, hökumətin 2023-2026-cı illər üçün neft və qaz hasilatı üzrə proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda neft hasilatı 31 milyon 222,3 min ton, 2024-cü ildə - 30 milyon 649,7 min ton, 2025-ci ildə - 30 milyon 695,4 min ton, 2026-cı ildə - 30 milyon 274,3 min ton təşkil edəcək.
Beləliklə, 2023-2026-cı illər ərzində neft hasilatında azalma 3% təşkil edəcək.
2022-ci ilin yekunları üzrə ölkədə neft hasilatı 32,7 milyon ton səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, əbər verildiyi kimi, Dövlət Statistika Komitəsindən məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 29 milyon 911,9 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,4% azdır.
2021-ci ildə Azərbaycanda 34 milyon 580,7 min ton neft (qaz kondensatı ilə birlikdə, artım 0,1%) hasil edilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət