Azərbaycan hökuməti 2023-cü ildə avtomobil benzini istehsalını 1 milyon 444 min ton, dizel istehsalını 2 milyon 533 min ton səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi hökumətin proqnozlarına istinadən bildirir ki, 2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə isə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.
Proqnozlara görə, 2024-cü ildə 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton dizel yanacağı istehsal ediləcək. Beləliklə, 2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalı 0,1% artacaq.
Hökumət 2022-ci ildə benzin və dizel yanacağının istehsal göstəricilərini açıqlamır.
Xəbər verildiyi kimi, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 159,5 min ton avtomobil benzini (artım 1,8%), 1 milyon 855,5 min ton dizel yanacağı (azalma 17,1%) istehsal olunub.
2021-ci ildə avtomobil benzininin istehsal həcmi 1 milyon 259,5 min ton (artım 7,9%), dizel yanacağının istehsal həcmi 2 milyon 403,6 min ton (artım 16,2%) təşkil edib.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət