Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman (Mark Bowman) və Şərqi Avropa və Qafqaz üzrə icraçı direktor Matteo Patrone (Matteo Patrone) yanvarın 16-19-da Cənubi Qafqaz ölkələrinə səfər edəcəklər.
“İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib ki, AYİB-in nümayəndə heyəti əvvəlcə Ermənistanda, sonra Gürcüstana səfər edəcək və regional səfəri Azərbaycanla yekunlaşdıracaq.
"Səfərin məqsədi həm özəl, həm də dövlət sektorlarında bank tərəfindən maliyyələşdiriləcək layihələri müzakirə etməkdir. Gündəmdə həmçinin maliyyə sabitliyi, islahatların aparılması və Azərbaycan, Ermənistan və Gürcüstan üzrə yeni ölkə strategiyalarının hazırlanması məsələləri duracaq", - bankdan qeyd edilib.
Bakıda AYİB-in nümayəndələri Azərbaycanın siyasi rəhbərliyi ilə görüşəcəklər, diplomatik ictimaiyyətin nümayəndələri, beynəlxalq tərəfdaşlar və bankın müştəri şirkətləri ilə görüşlər planlaşdırılıb. Bundan başqa, Azərbaycan Mərkəzi Bankında görüş nəzərdə tutulub.
AYİB 1992-ci ildən etibarən Cənubi Qafqaz ölkələrində 650 layihənin reallaşdırılmasına 10 milyard avrodab artıq vəsait ayırıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət