Yanvarın 31-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində etdiyi ikinci müraciəti üzrə dinləmələr keçirəcək.
“İnterfaks-Azərbaycan” agentliyi Məhkəmənin məlumatına istinadən məlumat verir ki, dinləmələr Azərbaycanın Ermənistan barəsində təcili tədbirlər görülməsi məqsədilə müraciətinə həsr olunub.
Xəbər verildiyi kimi, yanvarın 3-də Bakı İrəvanı Azərbaycan ərazisinin minalanmasını dayandırmaq və Azərbaycanın mülki əhalisinin doğma yurdlarına qayıtmasına mane olmamaq üçün müvəqqəti tədbirlərin göstərilməsi ilə bağlı ikinci dəfə BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. “Azərbaycan, mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə BMT Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib”, - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi.
Bakıda bəyan ediblər ki, “mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır”.
Öz növbəsində, BMT Beynəlxalq Ədalət Məhkəməsinin press-relizində deyilir ki, Bakı İrəvana qarşı müvəqqəti tədbirlərin tətbiq edilməsi xahişi ilə məhkəməyə müraciət edib. Müraciətdə deyilir ki, Ermənistan “Azərbaycanın mülki əhalinin qayıdacağı Laçın, Kəlbəcər və digər öncə işğal olunmuş rayonlar, şəhərlər, kəndlər və bütövlükdə ərazilərin sürətli, təhlükəsiz və səmərəli minalardan təmizlənməsini həyata keçirə bilməsi üçün dərhal zəruri addlmlar atsın. O cümlədən bu ərazilərdə minaların, mina-tələlərin və hər hansı digər partlayıcı qurğuların yerləşdiyi yer, sayı, tipi və xarakteristikaları haqqında məlumat versin.
Bundan əlavə, Azərbaycan tələb edir ki, Məhkəmə Ermənistanı Azərbaycan ərazilərinin minalanmasını dərhal dayandırmağı və bundan sonra bu cür fəaliyyətdən, o cümlədən Laçın yolundan bu məqsədlər üçün istifadə etməkdən çəkinməyə məcbur etsin. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət