2022-ci ildə Azərbaycanda inflyasiya noyabr ayında qeydə alınmış 1% səviyyəsində inflyasiyaya qarşı 1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Dekabrda respublikada inflyasiya 1% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,7%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb”, - Komitədən bildirilir.
2021-ci ilin dekabr ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə inflyasiya 14,4% təşkil edib. Cari ilin dekabr ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 19% bahalaşıb.
Statistik məlumatlara görə, dekabrda ət və ət məhsulları 0,2%, çörək və çörək məmulatları 0,5%, süd məhsulları 0,8%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,4%, kərə və bitki yağları 0.2%, yumurta 2,5%, tərəvəz 7,8%, balıq və balıq məhsulları 1,4%, çay və kakao 1,2%, meyvə - 2,1%, spirtli içkilər – 0,2%, qənd, mürəbbə, bal, şokolad və konfetlər – 0,9% bahalaşıb.
Hesabat ayında tütün məmulatlarının qiyməti dəyişməyib.
2022-ci ilin sonuna Azərbaycanda orta illik inflyasiya 13,9% (2022-ci ilin noyabr ayının sonuna 13,8%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 19,5%, qeyri-ərzaq malları üzrə 8,6%, xidmətlər üzrə 10,4% səviyyəsində olub.
Azərbaycan hökuməti 2022-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırıb.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 6,7% təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət