Rəsmi Bakı Azərbaycandan keçən tranzit yük daşımalarının həcminin artacağını gözləyir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Əslində, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”, - Əliyev cümə axşamı Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
O, həmçinin qeyd edib ki, Bakı dəniz limanının 15 milyon ton olan yükaşırma qabiliyyəti 25 milyon tona qədər artırılacaq. Prezident bildirib ki, artıq bunun üçün büdcə ayrılıb.
“Gözlədiyimiz yük axınının artımının (Azərbaycan ərazisi ilə - İF) müəyyən səbəbləri var ki, onlardan biri ənənəvi marşrutlar boyu gözlənilən çətinliklərdir”, - prezident deyib.
Bundan əlavə, Əliyev vurğulayıb ki, Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.
Həmçinin, o bildirib ki, 2023-cü ildən etibarən Azərbaycan Qazaxıstan neftinin tranzitinə başlayıb. Türkmənistandan neft tranziti uzun illərdir həyata keçirilir. Orta Dəhlziin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var.
“Hesab edirəm ki, hazırda iştirakçı dövlətlər arasında - Mərkəzi Asiyada, Qafqazda və Avropada sıx əməkdaşlıq olmalıdır. Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq ki, vahid pəncərə yanaşması müəyyən dərəcədə tətbiq edilsin. Tarif siyasəti isə bu marşrutun cəlbedici olmasını təmin etməlidir, ona görə yox ki, digər marşrutlar yoxdur, sadəcə, bu, kommersiya baxımından da belə olmalıdır”, - dövlətimizin başçısı vurğulayıb.
Daha əvvəl prezident qeyd edib ki, 2022-ci ildə Azərbaycan vasitəsilə transit yük daşımalarının həcmi 75% artıb. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət