“Azər-Türk Bank” 2022-ci ildə aktivlərini 2,4 dəfə - 965,157 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il dekabrın 31-nə bankın kredit portfeli 321,723 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 37,7%) təşkil edib. İstehlak kreditləri üzrə portfel 143,475 milyon manat (artım 1,8%), biznes kreditləri üzrə portfel 35,236 milyon manat (azalma 23,3%), daşınmaz əmlak kreditləri üzrə portfel 143,012 milyon manat (artım 30%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 895,983 milyon manata (artım 2,6 dəfə) bərabərdir. Depozit portfeli 385,008 milyon manat (artım 1,9 dəfə), o cümlədən fiziki şəxslərin əmanətləri 201,195 milyon manat (artım 2,1 dəfə) təşkil edir.
“Azər-Türk Bank”ın kapitalı 69,174 milyon manata (artım 21,4%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 11,02 milyon manat (2021-ci illə müqayisədə artım 20,2 dəfə - İF) təşkil edib.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət