Türkiyənin “Petkim Petrokimya Holding”i “JP Morgan Securities LLC” şirkətindən $300 milyon kredit cəlb edib.
““Petkim” $500 milyon məbləğində beşillik istiqrazların (2018-ci ilin yanvar ayında yerləşdirilmiş – İF) ödənilməsini maliyyələşdirmək üçün “JP Morgan Securities” ilə $300 milyonluq kredit sazişi imzalayıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi holdinqin məlumatına istinadən bildirir.
Kredit 3 il müddətinə cəlb olunub, illik fazi dərəcəsi SOFR +5,6% olaraq müəyyən edilib.
Xəbər verildiyi kimi, “Petkim Petrokimya Holding” 2018-ci il yanvarın 26-da İrlandiya Fond Birjasında $500 milyon məbləğində beşillik avrobond emissiyası yerləşdirib. İstiqrazların illik gəlirliliyi 5,875%, ödəniş tarixi 26 yanvar 2023-cü ildir.
Sövdələşmənin anderrayteri qismində “Goldman Sachs International”, “JP Morgan Securities Plc”, “Global Markets Limited”, “Societe Generale” və “VTB Capital Plc” çıxış edib.
Avrobondların emissiyasında məqsəd “Petkim”in “STAR” NEZ-də pay alması olub. Holdinq 2019-cu ilin mart ayında sözügedən neft emalı zavodunun tikintisi ilə məşğul olan “STAR Rafineri A.S.” şirkətinin səhmlərinin 18%-nə sahib olub.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir.
“SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət