Azərbaycanlı iş adamları Tümen ixracatçıları ilə öncədən ödəniş üzrə işləmək istəmirlər. Bu barədə Azərbaycana biznes missiyasının iştirakçılarından biri bəyan edib.
Rusiyanın URA.RU nəşri məlumat verir ki, sahibkarın sözlərinə görə, alıcı bütün hesablaşmaları malları əldə etdikdən sonra həyata keçirmək istəyir.
"Azərbaycan Tümen vilayəti ilə ticarətdə risklər görür, baxmayaraq ki, mallarımıza çox ehtiyac var. Biz bir neçə gün ərzində meyvə şirələri və sularımıza, tibbi mallarımıza, yığma konstruksiyalara, tikinti texnologiyalarına böyük maraq gördük. Lakin ciddi ticarət münasibətlərinin tarixi olmadığı müddətdə əvvəlcədən ödənişlə işləməkdən imtina edirlər", - Tümen iş adamı izah edib.
Öz növbəsində, Tümen iş adamları hesab edirlər ki, öncədən ödənişin olmaması Azərbaycana tədarükü çətinləşdirəcək. Malın dəyərinin əvvəlcədən ödənilmiş hissəsi adətən logistikanın, digər xərclərin ödənilməsinə yönəlir. Tümen İxraca Dəstək Mərkəzində şərh edirlər ki, logistika xərclərinin bir hissəsini dövlət dəstəyi ilə kompensasiya etməyə hazırdırlar.
"Azərbaycan uzaqdır, lakin logistikanın böyük hissəsi Rusiyanın üzərinə düşür. Bunu dövlət dəstəyi ilə kompensasiya etmək mümkündür . Digər riskləri ixrac sazişinin sığortası ödəyəcək", - Rusiya nəşri İxraca Dəstək Mərkəzinin rəhbəri Aleksey Yerqaliyevə istinadən məlumat verir.
Azərbaycana biznes missiyasının yekunlarına əsasən ilkin razılaşmalar bağlanıb, konkret müqavilələr b2b formatında bağlanacaq. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət