Azərbaycan Respublikası Nazirlər Kabineti Maliyyə Nazirliyinə 2024-cü il və 2025-2027-ci illər üçün dövlət büdcəsinin layihəsini sentyabrın 15-dək hökumətə təqdim etməyi tapşırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilir.
Hökumətin sərəncamına əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2024-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini aprel ayının 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprelin 15-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Bundan əlavə, Maliyyə Nazirliyi 2024-cü ilin və 2027-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi və 2027-ci ilin sonuna hədəflənən dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi barədə təkliflərini, 2024-cü il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə OMXÇ sənədinin layihəsini, habelə növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi isə Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini sentyabrın 1-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Dövlət Statistika Komitəsinə cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2022-ci ilin ilkin statistik məlumatlarını fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək; növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər aidiyyəti təşkilatlara təqdim edilməsini təmin etmək tapşırılıb.
Maliyyə Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Öz növbəsində, İqtisadiyyat Nazirliyi2023-cü il üçün dəqiqləşdirilmiş, 2024-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2024-cü il üçün ilkin proqnozlarını martın 1-dək, dəqiqləşdirilmiş variantını avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bundan başqa, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət və hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı tərəflərin investisiya planları ilə bağlı məlumatların təqdim edilməsinə dair təkliflərini avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadiyyat Nazirliyinə 2024-cü ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.
Dövlət Gömrük Komitəsi 2024-cü il və sonrakı üç il üçün gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə proqnoz göstəricilərini Maliyyə Nazirliyi ilə razılaşdıraraq nəticələrinin avqustun 15-dək müvafiq protokollarla rəsmiləşdirilməsini təminetməlidir.
İri dövlət şirkətləri, Azərbaycan Respublikasının İnvestisiya Holdinqi isə onun idarəetməsinə verilmiş dövlət şirkətləri, müəssisələr və dövlətin payı olan təsərrüfat cəmiyyətlərinin 2024-cü il və sonrakı üç il üçün gəlir və xərcləri, eləcə də dövlət büdcəsinə ödəniləcək dividendlər üzrə proqnoz məlumatlarını avqustun 15-dək Maliyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdimetməlidir.
Azərbaycan Respublikasının dövlət orqanları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini fevralın 20-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.
O cümlədən, Nazirlər Kabineti Azərbaycan Mərkəzi Bankına da bir sıra tövsiyyələr verib. Xüsusilə, AMB-yə tövsiyyə edilir ki, monetar sektor və tədiyə balansı üzrə ətraflı statistik məlumatları fevral ayının 5-dək İqtisadiyyat Nazirliyinə təqdim etsin; tədiyə balansının proqnozuna dair rəyini aprel ayının 15-dək İqtisadiyyat Nazirliyinə təqdim etsin.
Bundan başqa, hökumətin sərəncamı ilə dövlət büdcəsi layihəsinin 2024-cü və 2025-2027-ci illər üçün keyfiyyətli hazırlanmasının təmin edilməsi üçün dövlət orqanlarına bir sıra digər tapşırıqlar nəzərdə tutulub. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət